Məşhur reper axtarışa verildi

9 May 2024 19:27

Rusiyalı reper "Oxxxymiron" (Oksimiron, əsl adı - Miron Fyodorov) axtarışa verilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında məlumat yayılıb.

Hüquq-mühafizə orqanlarının yerli mediaya açıqlamasına görə ifaçıya qarşı Rusiyanın xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrdən yayınma maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun