Dünyanın ən bahalı futbol klubları açıqlandı

9 May 2024 22:50

Dünyanın ən bahalı futbol klublarının siyahısı açıqlanıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, reytinqdə birinci yeri İngiltərənin "Mançester Yunayted" komandası tutub. 

Onun dəyəri 6,2 milyard dollar qiymətləndirilir. 

İkinci yerdə Madrid "Real"ı (6 milyard dollar) qərarlaşıb. Üçüncü yerdə isə "Barselona"dır (5,2 milyard dollar). 

İngiltərənin "Liverpul" klubu 5,1 milyard dollarlıq dəyərlə 4-cü, Münhen "Bavariya"sı isə 4,8 milyard dollarla 5-cidir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun