Bakı çempionatında 53 gimnast mübarizə aparır - FOTO

9 May 2024 13:31

Bu gün idman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Milli Gimnastika Arenasındakı yarışda 53 idmançı mübarizə aparır.

Onlar Balakən Olimpiya Kompleksi, "Zirə" Mədəniyyət mərkəzi, "Ocaq Sport" idman klubunun Bakı və Sumqayıt bölmələrini, Olimpiya Ehtiyatları İdman Məktəbini, Sumqayıt Olimpiya Ehtiyatları Məktəbini təmsil edirlər.

Qeyd edək ki, yarışlar bütün yaş qruplarında keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun