“Baxışı ilə “şeytanların içindəyəm” deyirdi”- VİDEO

9 May 2024 11:46

Builki Avroviziya təmsilçilərimizdən biri olan İlkin Dövlətov paylaşımı ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən bildirir ki, o, sosial media hesabında video bölüşərək, hicablı bir xanımla salamlaşdığı anları belə xarakterizə edib:

"Səhnədə çalışan işçilərdən bir xanım hicablı idi. "Salam aleykum" dedim, cavabı ilə sanki şeytanların içindəyəm deyirdi".

Qeyd edək ki, İlkin bu il Fahree ilə Azərbaycanı "Özünlə apar" mahnısı ilə təmsil edirdi. Onlar ilk yarımfinalda yarışma ilə vidalaşıblar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun