Bakıda oteldə zəhərlənərək ölən 26 yaşlı Kənanın GÖRÜNTÜSÜ - VİDEO

9 May 2024 09:48

Xəbər verdiyimiz kimi, Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib.

Oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.  2 nəfərin - 1998-ci il təvəllüldü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, 2 nəfərin - 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüldü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda araşdıma aparılır.

Milli.Az shownews.az-a istinadən xəbər verir ki, faciəli şəkildə ölən gəncin görüntüsünü təqdim edir. Hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən "My Music" hotelində baş verdiyi bildirilir.

Oteldə zəhərlənən 4 dostdan Kənan və Orxan dünyasını dəyişib. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun