Paşinyan Rusiyadan 100 milyon dollarla qayıdır

9 May 2024 07:07

Avrasiya Sabitləşdirmə və İnkişaf Fondunun (EFSD) Şurası Ermənistana 100 milyon dollar ayırmaq barədə qərar qəbul edib.

Milli.Az musavat.com-a istinadla xəbər verir ki, vəsait 2024-cü ilin büdcəsini dəstəkləmək üçün istifadə olunacaq və Ermənistan hökumətinin islahat proqramının həyata keçirilməsi əsasında verilir.

Proqrama iqtisadi artım potensialının artırılması, əmək bazarının səmərəliliyinin yüksəldilməsi və davamlı inkişaf üzrə tədbirlərin həyata keçirilməsi daxil edilib.

Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu (EFSD) 2009-cu ildə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya tərəfindən yaradılıb. Fondun aktivlərinin həcmi 9 milyard dollardan çoxdur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun