Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2023-cü ilin yekunlarına dair hesabatına görə, 150 ölkədə tütündən istifadə azalır, onlardan 56-sı 2025-ci ilə qədər tütündən istifadənin azaldılması üzrə qlobal hədəfə çatmaq yolundadır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hesabata görə, əlavə 29 ölkə 2022-2023-cü illər ərzində mikroblara qarşı müqavimətlə bağlı çoxşaxəli milli fəaliyyət planları hazırlayıb və bu, ümumilikdə 178 ölkəyə çatdırılıb.
2024-cü ilin 27 may - 1 iyun tarixlərində keçiriləcək 77-ci Ümumdünya Səhiyyə Assambleyası ərəfəsində açıqlanacaq hesabatda münaqişə, iqlim dəyişikliyi və xəstəlik nəticəsində yaranan daha böyük qlobal humanitar sağlamlıq ehtiyacları fonunda ictimai səhiyyənin əsas mərhələlərinin nailiyyətləri, eyni zamanda problemlər və onların həlli yolları ilə bağlı məsələlər yer alıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun