Ərdoğan: “Rusiyanın iştirakı olmadan Ukrayna ilə bağlı təşəbbüslərin uğur qazanma şansı azdır”

8 May 2024 21:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiyanın iştirakı olmadan Ukraynada birtərəfli sülh təşəbbüslərinin uğur qazanma şansı azdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

"Ukrayna-Rusiya müharibəsində sülhün bərqərar olunmasında heç bir irəliləyiş yoxdur. Rusiyanın iştirakı olmadan birtərəfli sülh təşəbbüslərinin uğur şansı azdır", - dövlət başçısı qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun