Putin Ukrayna xalqını təbrik etmədi

8 May 2024 18:49

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri, Abxaziya, Cənubi Osetiya "liderlərinə", həmçinin Gürcüstan və Moldova xalqlarına Qələbə Günü münasibətilə təbrik ünvanlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümü münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya və digər dövlətlərin rəhbərlərinə, eləcə də Gürcüstan və Moldova xalqlarını təbrik edib", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Putin 2022-ci il müharibəsi başlayana qədər Ukrayna xalqını təbrik edirdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun