İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək

8 May 2024 17:35

Ev dustaqlığında olan Pakistanın keçmiş baş naziri İmran Xanın həyat yoldaşı Büşra Bibi həyat yoldaşı ilə eyni həbsxanada cəza çəkmək istəyi ilə məhkəməyə müraciət edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İslamabad Ali Məhkəməsi qadının vəsatətini qəbul edib.

Beləliklə, Büşra Bibi cəzasını həyat yoldaşı İmran Xanla eyni həbsxanada - Ravalpindi şəhərinin Adayal həbsxanasında çəkəcək.

Qeyd edək ki, müxtəlif cinayət əməllərində ittiham olunan keçmiş hökumət başçısı və onun həyat yoldaşı Büşra Bibi 7 il həbsə məhkum edilsə də, sonradan hər iksinin cəzası 14 ilədək artırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun