Ermənistan buna görə 236 milyon avro kredit aldı

8 May 2024 12:46

Ermənistan "Şimal-Cənub Yol Dəhlizi" adlanan Sisian-Kacaran yolunun tikintisi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 236 milyon avro alıb. 

Milli.Az unikal-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bu gün keçirilən iclasında iqtisadi və texnoloji inkişaf naziri Qnel Sanosyan açıqlayıb. 

AYİB-in təqdim etdiyi ilkin satınalma planına əsasən, cənub bölməsinin maliyyələşdirilməsi üçün lazımi kredit vəsaiti 373 milyon avro təşkil edir ki, bunun da 236 milyon avrosunun AYİB-dən, qalan 137 milyon avronun isə EIB-dən cəlb edilməsi planlaşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun