Ermənistanda müqaviləli hərbi qulluqçu güllələnib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu gün, mayın 7-də saat 14:00 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə postunda 1985-ci il təvəllüdlü müqaviləli əsgər Artak Seryozhaeviç Avalyanın güllə yarası ilə meyiti aşkarlanıb", - məlumatda qeyd olunub.
Bildirilib ki, hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun