Ukraynada daha iki gürcü döyüşçü həlak oldu

8 May 2024 08:45

Ukraynada daha iki gürcü döyüşçü həlak olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynada döyüşən gürcü döyüşçü Vano Nadiridze məlumat verib.

Bildirilib ki, Qara Qartal bölüyünün üzvü olan döyüşçülər Avdeyevka istiqamətində həlak olublar.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri 60-dan çox gürcü döyüşçü ölüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun