Avstriya NATO-ya üzv olmayacağını açıqlayıb

7 May 2024 23:50

Rəsmi Vyana NATO ilə əməkdaşlığı artırmaqla alyansa üzv olmaq niyyətində deyil.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Avstriya digər neytral dövlətlərlə - İrlandiya, Malta və İsveçrə ilə məlumat mübadiləsi qurur.

Xatırladaq ki, "Die Presse" qəzeti Avstriya, İrlandiya, Malta və İsveçrədən ibarət dörd neytral Avropa dövlətindən ibarət bir qrupun 2023-cü ilin sonunda Şimali Atlantika Alyansına geniş əməkdaşlıq təklifi ilə məktub göndərdiyini bildirmişdi.

Nəşrin məlumatına görə, Finlandiya və İsveç NATO-ya daxil olduqdan sonra bu dövlətlər VEP4 (dörd Qərbi Avropa tərəfdaşı) kimi quruplaşmaq niyyətindədirlər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun