“Qalatasaray”ın sabiq futbolçusu Braziliyada həbs olundu

7 May 2024 18:49

"Mançester Siti" klubunun sabiq futbolçusu Jo Braziliyada saxlanılıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  buna səbəb "sambaçı"nın aliment ödəməməsidir.

Braziliya 2-ci divizionunda "Amozanas" klubunda çıxış edən forvard oyundan əvvəl saxlanılıb. Futbolçunun vəkilinin sözlərinə görə, aliment ödənildikdən sonra o, sərbəst buraxılacaq.

Qeyd edək ki, Jo "Mançester Siti", "Everton", "Qalatasaray", SSKA (Moskva), "Korintians", "İnternasional", "Atletiko Mineyro" və "Naqoya Qrampus" klublarının şərəfini qoruyub. O, Braziliya millisində 20 oyun keçirib və bu matçlarda 5 qolla yadda qalıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun