İsrail təmsilçiləri HAMAS-la danışıqlar üçün Qahirəyə gedir

7 May 2024 17:32

İsrail hökumətinin təmsilçilərindən ibarət nümayəndə heyəti HAMAS-la danışıqlar üçün yaxın saatlarda Qahirəyə gedəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Reuters"ə Nazirlər Kabinetindəki adının çəkilməsini istəməyən mənbə məlumat verib.

Bildirilib ki, əsas məqsəd HAMAS-ı Qəzza sektorunda atəşkəsə dair tələblərin yenidən nəzərdən keçirilməli olduğuna inandırmaqdır.

Mənbənin sızdırdığı məlumata əsasən, heyətə MOSSAD və "Shin Bet" kəşfiyyat orqanlarının əməkdaşları cəlb edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun