Paşinyan: II Qaregin bu gün siyasi hərəkata rəhbərlik edir, benefisiarı isə Koçaryandır

7 May 2024 16:04

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Bütün Ermənilərin Katolikosu II Qaregin bu gün siyasi hərəkata rəhbərlik edir, hərəkatın benefisiarı isə Robert Koçaryandır.

Milli.Az APA-ya istinadən bildirir ki, Paşinyan bugünkü mətbuat konfransında deyib ki, erməni keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi "Vətən naminə Tavuş" hərəkatının məqsədi onun sələflərini hakimiyyətə qaytarmaqdır.

Paşinyanın sözlərinə görə, hələ 2021-ci ildə Robert Koçaryan kilsənin köməyi ilə hakimiyyətin dəyişməsi ssenarisini təqdim edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun