Son 60 gün: Konor Makqreqor rinqə qayıdır

7 May 2024 11:22

Məşhur döyüş ustası Konor Makqreqor yenidən oktaqona qayıdacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, irlandiyalı döyüşçü iyunun 30-da keçiriləcək UFC 303 turnirinə qatılacağını açıqlayıb.

Maykl Çendlerlə döyüş ərəfəsində pərəstişkarlarını darıxmağa qoymayan Konor sosial şəbəkələrdə yeni paylaşımlar edib və necə qidalandığını göstərib.

Qeyd edək ki, Konor Makqreqorla Maykl Çendlerin görüşünə 60 gün qalıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun