32 yaşlı qadın dəm qazından öldü

7 May 2024 09:28

Qusarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Qusar şəhər sakini, 1992-ci il təvəllüdlü Sevda Cavid qızı Bədəlova yaşadığı evdə dəm qazından boğulub.

Onun meyiti yaxınları tərəfindən evin hamam otağında tapılıb.

Faktla bağlı Qusr Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun