İsrailin qaz yatağına zərbə endirildi

7 May 2024 06:20

İraq İslam Müqavimətinə aid silahlı birləşmələr Aralıq dənizində İsrailin Livanla dəniz sərhədi yaxınlığında yerləşən "Leviafan" qaz yatağına hücum təşkil edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə hərəkatın Teleqram kanalında məlumat yayılıb.

"İraqdakı İslam Müqavimətinin mücahidləri pilotsuz təyyarələrin köməyi ilə "Leviafan" qaz platformasına hücum ediblər", - deyə məlumatda bildirilir.

Qeyd edilib ki, hücum İsrailin Fələstin mülki əhalisinə qarşı törətdiyi qırğınlara cavab olaraq həyata keçirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun