Cengiz Ünder “Fənərbağça” ilə yolları ayıracaq

6 May 2024 20:15

Türkiyə millisinin futbolçusu Cengiz Ünder mövsümün sonunda "Fənərbağça" klubu ilə yolları ayıracaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Frazinoni" klubunun göndərdiyi təklifi bəyənməyən futbolçu İtaliyanın digər klubları ilə danışıqlara başlayıb.

Cengiz Ünder "Verona" və ya "Cenoa" klubuna keçə biləcəyi ilə bağlı çıxan xəbərlərə müsbət cavab verib.
Qeyd edək ki, Cengiz Ünder bu mövsüm "Fənərbağça" forması ilə çıxdığı 33 oyunda doqquz qol, üç assistlə yadda qalıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun