Xulen Lopeteqi İngiltərə klubunu çalışdıracaq

6 May 2024 14:16

Xulen Lopeteqinin yeni klubu bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, ispaniyalı mütəxəssis karyerasını İngiltərədə davam etdirəcək.

O, yeni mövsümdən "Vest Hem"i çalışdıracaq. Artıq bununla bağlı tərəflər arasında razılıq əldə olunub. Lopeteqi mövsümün sonunda postunu tərk edəcək Devid Moyesi əvəzləyəcək.

Qeyd edək ki, Lopeteqinin xidmətində "Bavariya" da maraqlı idi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun