"Mercedes" divara dəydi, sürücü öldü

24 May 2010 11:16
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, N.İsmayılov küçəsində Zeyvər Fətullayev idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarında divara vurub.
Ağır xəsarət alan sürücü 3 saylı xəstəxanaya çatdırılsa da, xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az