Rusiyadan iki təyyarə bu ölkəyə hərbi texnika apardı

6 May 2024 07:24

Rusiyadan iki yük təyyarəsi Nigerə hərbi texnika çatdırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Niger dövlət televiziyası məlumat yayıb.

"Bir aydan az müddətdə Rusiya Niameyə hərbi texnika və bir neçə təlimatçı daşımaq üçün üç yük reysi göndərdi", - məlumatda qeyd olunub.

Telekanal bildirib ki, həmçinin Niger sakinləri üçün humanitar yardım çatdırılıb.

Qeyd edək ki, daha öncə Rusiya hərbçilərinin amerikalıların olduğu Nigerdəki 101 saylı aviabazaya yerləşdiyi barədə məlumat yayılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun