Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

5 May 2024 23:10

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 228 nəfərə çatıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl 179 nəfərin öldüyü bildirilirdi. Daşqınlar Keniyanın qərbindəki Masai Mara safari parkında da fəsadlar törədib, Telek çayının daşması səbəbindən turist qruplarının hotellərdə xarici dünya ilə əlaqəsi kəsilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun