Günəşdə güclü partlayış oldu

5 May 2024 13:46

Günəşdə həftə ərzində ikinci yüksək dərəcəli güclü partlayış qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb.

"Mayın 5-də Moskva vaxtı ilə saat 09:01-də (Bakı vaxtı ilə 10:01) 3663 (N24W22) Günəş ləkələri qrupunda rentgen diapazonunda 20 dəqiqə davam edən X1.3 partlayışı aşkar edilib", - məlumatda deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun