Avstraliyada polis yeniyetməni güllələdi

5 May 2024 10:34

Avstraliya polisi qitənin qərb sahilində bıçaqla kişiyə hücum edən 16 yaşlı gənci güllələyib, gənc ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Qərbi Avstraliya Polis Departamenti məlumat yayıb.

Polis komissarı Pol Blanş deyib ki, Perth avtomobil parkında silahlı hücum barədə xəbərdən sonra əməkdaşlar hadisə yerinə gedib.

O, yeniyetmənin daha sonra xəstəxanada dünyasını dəyişdiyini qeyd edib. Onun sözlərinə görə, polislər onlara hücum etməyə cəhd edən gənci zərərsizləşdiriblər. 16 yaşlı gənc böyük mətbəx bıçağı ilə tapılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun