Astarada velosipedçi körpüdən çaya düşərək öldü

4 May 2024 18:45

Astarada bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında Astara rayonunun dağlıq kəndi olan Pəlikeşdə baş verib.

Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə hərəkətdə olarkən körpü üzərində müvazinətini itirərək Şümrüd çayına düşüb.

Olman Şükürov aldığı xəsarətlərdən ölüb. Onun meyiti kənd sakinləri tərəfindən çaydan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, sözügedən körpünün hündürlüyü 6-7 metr, uzunluğu 3-4 metrdir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun