Həftədə neçə dəfə cinsi əlaqədə olmaq olar? - Həkim açıqladı

4 May 2024 16:24

"Prostat vəzi sağlamlığı üçün xüsusi bir şeyə ehtiyac yoxdur. Sadəcə sağlam yaşamalıyıq".

Milli.Az saglamolun.az-a istinadən xəbər verir ki, bu sözləri "Baku City Hospital"ın uroloq-androloqu, həkim Mirhikmət Qiyasov Səhiyyə TV-də yayımlanan "Can Sağlığı" proqramında deyib.

Həkim bildirib ki, prostat vəzi sağlamlığı üçün bol maye içmək önəmlidir:

"Aktiv həyat tərzi keçirmək, mütəmadi cinsi əlaqədə olmaq, vaxtında sidiyə çıxmaq, sidiyə çıxan zaman gücənməmək prostat vəzini qoruyur".

O vurğulayıb ki, prostat vəzi xəstəlikləri ilə üzləşməməkçün bir kişi həftədə 2-3 dəfədən az olmayaraq cinsi əlaqədə olmalıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun