Urmiyada futbol komandasının rəhbəri məşqçini şillələdi - VİDEO

4 May 2024 08:50

Dünən İranın Urmiya şəhərində "Nəvəd Urmiya" və "Spad Tehran" komandaları arasında keçirilən oyunun 11-ci dəqiqəsində futbol klublarının məşqçi heyəti arasında münaqişə baş verib.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Qarşıdurma zamanı "Nəvəd Urmiya" komandasının baş direktoru "Spad Tehran" komandasının məşqçisinə şillə vurub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun