Sudan Prezidentinin Ankarada qəzaya düşən oğlu öldü

3 May 2024 23:35

Sudan Prezidenti Abdulfettah əl-Burhanın oğlu Mohamed A. Fettah el-Burhan Rahman vəfat edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, o, iki ay əvvəl Ankarada motosiklet qəzası edib və xəstəxanaya yerləşdirilib. 

Bu gün isə dünyasını dəyişib.

Məlumata görə, Məhəmməd Fettah əl-Burhan Rəhman martın 6-da Çankayada motosikletlə avtomobilə çırpılaraq yaralanıb və Bilkent Şəhər Xəstəxanasında müalicə olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun