Kolumbiya İsraillə diplomatik əlaqələri dayandırıb

3 May 2024 22:01

Kolumbiya ilə İsrail arasında diplomatik əlaqələr dayandırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, dünən İsrailin Kolumbiyadakı səfirinə rəsmi olaraq şifahi nota təqdim edilib.

İki ölkənin Təl-Əviv və Boqotadakı konsulluqlarının işinin davam edəcəyi dəqiqləşib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun