"Liverpul"un ulduzu bu qızla eşq yaşayır - FOTO

3 May 2024 20:39

İngiltərə millisinin və "Liverpul"un ulduzu Trent Aleksandr-Arnold şəxsi həyatı ilə gündəmə gəlib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, model və aktyor Cud Lunun qızı Ayrislə münasibətə başlayıb. Cütlüyün ilk görüşü çərşənbə axşamı olub. Bu barədə "The Sun" məlumat yayıb.

23 yaşlı Ayris və 25 yaşlı Trent ötən ay "Guess Jeans" filminin çəkilişləri zamanı tanış olublar. Mənbənin sözlərinə görə, Ayris və Trent dərhal bir-biri ilə isti davranıb, nömrələr mübadiləsi aparıb və sosial şəbəkələrdə bir-birini izləməyə başlayıblar.

Qeyd edək ki, bu mövsüm Aleksandr-Arnold 34 oyun keçirib, 3 qol vurub və 9 məhsuldar ötürmə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun