Günün yuxuyozması
13 İyun 2012 06:00
Milli.Az Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.
Çoxluq - Nəyinsə çoxluğu (hətta yaxşı şeyin) da təngə gətirir, bezdirir. Elə hallar olur ki, həyatımızın çalım-çarpaz getdiyini hiss edirik. Yuxuda hansısa insan sizi təqib edirsə və ya həşərat və ya heyvanların zəhlətökən obrazlarını görmüsünüzsə, bu - dünyanın faniliyindən yorğunluq hissinin metaforik təsvir hissinə işarədir. Əgər yuxularınızı müsbət xarakterli hadisələr doldurursa, ola bilsin ki, bu yolla sizin şüurunuz vəd edir: siz bir fəaliyyət və ya həyat aspektini üstün tutaraq digər həyat öhdəliklərinə etinasız yanaşırsınız. Yuxuda mənfi obrazlar görmək - (siçanlar və ya ağcaqanadlar) xoşagəlməz hadisələr və problemlərə işarədir.
Qab - Yuxuda qab görmək o deməkdir ki, sizi qəmli hadisələr gözləyir. Əgər yuxuda qabı su ilə doldurursunuzsa, bu, işlərinizdə uğur vəd edir. Belə yuxu iş adamına biznesdə uğur vəd edir. Yuxuda qab yumaq ədalətsizliyə işarədir. Ola bilsin ki, sizi təhqir etsinlər. Əgər siz bağ evinizdə böyük qab görürsünüzsə, sizi xoşbəxt həyat gözləyir, maddi problemlər yaşamayacaqsınız. Gənc qadın yuxuda qab rəngləyirsə, o, başqa qadına məxsus kişinin sevgisini qazanmağa nail olacaq.
Əlaqəsizlik - Əlaqəsiz, mənasız yuxular, adətən, əsəbiliyin ən yüksək həddini və dəyişən şərait, vəziyyətlə bağlı həyəcanlardan xəbər verir.
Marka - Yuxuda marka toplayırsınızsa, həqiqətdə işinizdə öz mövqeyinizi möhkəmləndirmək üçün bir qədər işləməli olacaqsınız. Kolleksiya yığmaq üçün marka almaq o deməkdir ki, adınız və nüfuzunuz təhlükə altındadır, dedi-qodudan qorunmaq üçün təcili müdafiə tədbirləri görməlisiniz. Yuxuda zərfə marka yapışdırmaq o deməkdir ki, işdə vacib tapşırıq alacaqsınız.
Zağca - Yuxuda zağca görmüsünüzsə, bu, sizə sevinc və xoşbəxtlik gətirən əsl dostlarınızın hələ də olduğuna işarədir. Ölü zağca yaxın gələcəkdə xəstəlik və ölümə işarədir.
Milli.Az