İranda zəlzələ oldu - FOTO

3 May 2024 18:06

Bu gün Məşhəd şəhərində Rixter şkalası üzrə 4,2 bal gücündə zəlzələ baş verib.

Milli.Az bildirir ki,  bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.

Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ Rəzəvi Xorasan və Şimali Xorasan əyalətlərinin sərhədində olub.

Yeraltı təkanların episentrinin səkkiz kilometr dərinlikdə qeydə alındığı bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun