Türkiyə ordusu 32 terrorçunu məhv etdi

3 May 2024 15:16

Türkiyə ordusu İraqın şimalındakı 32 PKK terrorçusunu məhv edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, terrorçular Haftanin, Qara, Hakurk və "Pəncə-Kilid" əməliyyatı bölgələrində aşkarlanaraq zərərsizləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun