İstanbul nəhəngləri cəzalandırıldı

3 May 2024 11:47

İstanbul nəhəngləri Türkiyə Peşəkar Futbol İntizam Komitəsi tərəfindən ağır cəzalandırılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, İntizam Komitəsi "Qalatasaray" və "Fənərbağça" klubunu azarkeşlərin qeyri-etik davranışı ucbatından cəzalandırıb. Belə ki, "sarı-qırmızılılar" 500 min Türkiyə lirəsi, "Fənərbağça" klubu isə 115 min Türkiyə lirəsi cəzalandırılıb.

"Beşiktaş" klubunun futbolçusu Əl Musrati isə "Fənərbağça" ilə derbi görüşündə qırmızı vərəqə aldığı üçün ikioyunluq cəzalandırılb.

Qeyd edək ki, "Ankaragücü" klubunun həkimi Mehmet Mesut isə görüşün baş hakiminə qarşı etik olmayan sözlər işlətdiyi üçün biroyunluq soyunub-geyinmə otağına buraxılmayacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun