Renka motosikletlə Şuşaya getdi - FOTOlar

3 May 2024 11:16

Rəqqasə Rəna Ağamuradova (Renka) Şuşaya gedib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə rəqqasə sosial media hesabında paylaşım edib. O, səfərə motosikletlə çıxıb.

"Döyüşdük, vuruşduq, döndük, qayıtdıq. Vətən bizi çox gözlədi, biz ona canımızı fəda etdik... Heç vaxt düşünməzdim ki, Qarabağımıza, Şuşamıza gəlişim bu qədər çətin olacaq. Torpağımızın hər bir qarışında şəhidlərimizin ruhunu hiss etdim, yenilməz ordumuzun qəhrəmanlığını gördüm...

Şəhidlərimizin ruhu qarşısında baş əyirəm! Qazilərimizə əlimizdən gələn köməkliyi əsirgəməyək!

Şəhidlərimizin ailələrinə dayaq olaq. Var olsun, Azərbaycan ordusu!" deyə, Renka paylaşımına yazıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun