Pakistanda avtobus qayalıqdan aşdı - 20 ölü

3 May 2024 10:19

Pakistanın Gilgit Paltistan əyalətində avtobusun aşması zamanı 20 nəfər ölüb, 20 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə əyalətin Diamer rayonunda baş verib. Əraziyə polis və xilasedicilər cəlb olunub.

Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib.

O da bildirilib ki, nəqliyyat vasitəsi Ravalpindi istiqamətində hərəkətdə olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun