Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək

3 May 2024 08:23

Yaponiya və ABŞ hipersəs hədəflərini ələ keçirmək üçün nəzərdə tutulan yeni raketin hazırlanmasına birgə təxminən 3 milyard dollar xərcləməyi planlaşdırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Yaponiya tərəfi bu məqsədlər üçün 1 milyard dollara yaxın vəsait ayıracaq.

Tərəflər bu silahın 2030-cu ilin ikinci yarısına qədər yekunlaşdırmağı planlaşdırır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun