Aşağıbüdcəli aviaşirkət Aktaudan Bakıya uçuşlara başlayır

3 May 2024 06:20

Mayın 15-dən Qazaxıstanın aşağıbüdcəli "FlyArystan" aviaşirkəti Aktaudan Bakıya birbaşa uçuşlara başlayacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin məlumatında deyilir.

Birbaşa reyslər həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Qeyd edək ki, hazırda "Azərbaycan Hava Yolları" QSC (AZAL) Aktaudan Bakıya hər gün birbaşa uçuşlar həyata keçirir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun