Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

2 May 2024 22:00

Türkiyə bu gün İsraillə bütün ticarət əlaqələrini - idxal və ixracı - dayandırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" iki türk rəsmiyə istinadla məlumat yayıb.

Qeyd olunur ki, Ankara bu addımı rəsmən açıqlamayıb.

Türkiyə Statistika Qurumunun məlumatına görə, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 6,8 milyard dollar təşkil edib ki, bunun da 76%-i Türkiyənin ixracı olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun