Ağ Evdən Tiflisə xəbərdarlıq: Fəxr etdiyiniz prinsiplər...

2 May 2024 22:30

ABŞ Gürcüstan parlamentinin "Xarici agentlər haqqında" qanun layihəsini qəbul etməsinin bu ölkədə demokratik əsasları sarsıda biləcəyindən narahatdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"Biz bu qanun layihəsinin fərqli fikirlər, söz azadlığı və Gürcüstanın haqlı olaraq fəxr etdiyi demokratik prinsiplərə və demokratiyaya potensial zərəri baxımından çox narahatıq", - deyə Kirbi bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun