Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb

2 May 2024 18:30

Gürcüstanın paytaxtı Tbilisidə dünən parlamentin yaxınlığında keçirilən aksiya nəticəsində 15 nəfər yaralanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yaralananlar tibb müəssisələrinə yerləşdiriliblər.

Bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi xəbər yayıb.

Qeyd edək ki, onların arasında hüquq-mühafizə orqanlarının əməkdaşları da var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun