Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

2 May 2024 19:10

Qırğızıstan Xarici İşlər Nazirliyi mediada ölkə vətəndaşlarının guya Rusiyaya girişinə kütləvi şəkildə imtina verilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Qırğızıstan Xarici İşlər Nazirliyinə belə siqnalların daxil olmadığı bildirilib.

Eyni zamanda, XİN bir daha Rusiyaya səfər etmək üçün üzrlü səbəbləri olmayan vətəndaşlara Rusiya Federasiyasında əvvəllər tətbiq edilmiş təhlükəsizlik tədbirləri və dövlət sərhədindən girişə gücləndirilmiş nəzarət rejimi aradan qaldırılana qədər müvəqqəti olaraq səfərdən çəkinməyi tövsiyə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun