Dünyanın ən uzun duvağı - FOTO
12 İyun 2012 23:11
Milli.Az "European"a istinadən bildirir ki, dizayner Canni Molaronun tikdiyi gəlinlik paltarının duvağının uzunluğu 3 kilometrə bərabərdi. 20 min qonağın qatıldığı toydakı gəlinin əynindəki bu paltar və uzun duvaq Ginnesin Rekordlar Kitabına düşməyə iddialıdır.
Romadakı Trinita dei Monti pillələrində nümayiş etdiriləndən sonra gəlinlik paltarı Neapol yaxınlığındakı Kasal di Prinsis kəndinə, Yelena De Ancelisə göndərilib.
Yelena və Ferdinand Puççinin toyunda gələn 20 min qonaq onlarla dərzinin aylarla vaxt sərf edərək hazırladıqları paltarı heyranlıqla izləyiblər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.





Fotolar: Splash