Pakistanda partlayış - 1 ölü, 20 yaralı

2 May 2024 16:06

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində törədilən iki partlayış nəticəsində bir nəfər ölüb, 20 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ilk partlayış kömür yüklü yük maşınının minaya düşməsi, ikinci partlayış isə insanların hadisə yerinə toplaşdığı zaman baş verib.

Qeyd edək ki, yaralıların hamısı yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun