Polis erməni deputatı Azərbaycanla sərhəddə buraxmadı

2 May 2024 13:36

Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Qarnik Danielyanın Azərbaycanla sərhəddə yerləşən Kirants kəndinə girməsinə icazə verilməyib. 

Milli.Az Unikal-a istinadən xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Polis qeyd edib ki, yalnız kəndlilərin içəri girməsinə icazə verilir: "Kirantsa girmək üçün polis şəxsiyyəti təsdiq edən sənəd tələb edir".

Xatırladaq ki, bu gün səhər saatlarında Kirantsda 31 nəfər etirazçı saxlanılıb. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun