​Ronaldo razılıq verdi - Türk klubundan tarixi transfer

2 May 2024 11:25

"Qalatasaray" Kriştiano Ronaldo ilə transferlə bağlı bəzi məsələlərdə anlaşıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Ronaldo karyerasını yekunlaşdırmazdan əvvəl Avropada Çempionlar Liqasında oynayan klubda forma geyinmək istəyir. İddialara görə, menecerinə Avropada komanda tapmağı tapşıran Ronaldo "Qalatasaray"a transfer olmağa etiraz etməyib. Bildirilir ki, Ronaldo yeni klubunda az məvacibə də razıdır. Məlumata görə, Ronaldonun prioriteti artıq pul deyil. O, Çempionlar Liqasında meydana çıxmaqla karyerasını bitirmək istəyir.

Həmçinin Ronaldo oynayacağı çempionatda təzyiqlə üzləşmək istəmir. Ronaldonun İkardiyə zəng edərək "Qalatasaray"la bağlı məlumat aldığı deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun