Səhər yeməyindən imtina etməyin - Dəhşətli nəticələr

2 May 2024 00:40

Əgər müntəzəm olaraq səhər yeməyindən imtina edilsə, ürək və damarlarla bağlı problemlər yarana bilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə kardioloq Kseniya Eruslanova bildirib. 

Həkim bildirir ki, səhər yeməyindən daim imtina etmək insult riskini artırır.

Onun sözlərinə görə, bu vərdiş sayəsində orqanizm səhər saatlarında stress hormonu - iltihab proseslərini işə salan və aterosklerotik lövhələrin böyüməsini stimullaşdıran kortizol istehsal etməyə başlayır.

Nəticədə ürək-damar xəstəliklərinin inkişafı ehtimalı var.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun